Rusiyada makaronun qiyməti artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada makaron məhsullarının orta qiyməti 2024-cü ildə 7,4% artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyinə iqtisad elmləri namizədi Olqa Lebedinskaya məlumat verib.
"2024-cü il üçün orta qiymətlər 7,4% artıb. Makaron ölkə əhalisinin 94%-nin qida rasionuna daxildir və onun istehlak səviyyəsi ildə adambaşına təxminən 8 kq təşkil edir", - deyə Lebedinskaya bildirib.
Onun sözlərinə görə, qiymət artımı unun bahalaşması və xaricdən gətirilən tədarükdən asılılıq ilə bağlıdır.
"İllik makaron ixracı təxminən 100 min ton təşkil edir. Son bir neçə il ərzində fiziki baxımdan Rusiya makaron bazarının tutumu demək olar ki, dəyişməz qalmışdır. "Yaxın gələcəkdə bazarın özünün böyüməsi istiqamətində ciddi dəyişikliklər gözlənilmir. "Şebekinskie" makaron və "Makfa" brendinin məhsulları ruslar arasında populyardır", - ekspert Rusiya KİV-ə danışarkən qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...