Rusiyada işləyən miqrantlar üçün yeni mobil tətbiq yaradılacaq
Rusiyada işləyən miqrantlar üçün yeni mobil tətbiq hazırlanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Sənədə əsasən, tətbiq dekabrın 1-dək xarici vətəndaşların əmək miqrantlarının məqsədli cəlbi mexanizmlərinin sınaqdan keçirilməsi üzrə eksperimentdə iştirakı üçün istifadəyə veriləcək. Moskva regionu istisna təşkil edir.
Layihəyə görə məsul qurumlar Rusiya Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf Nazirliyidir.
Rusiya hakimiyyəti 2027–2029-cu illər ərzində eksperiment keçirməyi planlaşdırır. Gözlənilir ki, miqrantlar bütün zəruri yoxlamalardan öz vətənlərində keçəcək, bundan sonra isə konkret işəgötürənlərin yanına gələcəklər.
Paytaxt regionunda artıq "Amina" adlı mobil tətbiq fəaliyyət göstərir. Bu tətbiq vasitəsilə miqrantlar daxili işlər orqanlarına yaşayış ünvanlarını və onun dəyişdirilməsini məsafədən bildirə bilirlər. Tətbiqin mühüm funksiyalarından biri cihazın geolokasiya məlumatlarının məcburi şəkildə DİN-ə ötürülməsidir.
Bundan əlavə, Rusiyada süni intellekt əsasında miqrasiya sahəsində risklərin idarə olunması sistemi yaratmaq planlaşdırılır. Məlumat sisteminin hazırlanmasının 10 dekabr 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulur. Layihəyə cavabdeh qurum Rusiya Daxili İşlər Nazirliyidir və nəticələr üzrə hökumətə məruzə təqdim ediləcək.
Oxşar xəbərlər
Ağ Ev: ABŞ və İran danışıqları PUA ilə bağlı insidentə baxmayaraq qüvvədədir
ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar İranın vurulan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə baxmayaraq hələ də qüvvədədir. BAKU.WS "Repo...