Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
01
may
2026
18:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.
Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.
Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...