Rusiyada güclü yanğın kameraya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Babyakovo kəndində polipropilen anbarı yanır.
BAKU.WS xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Bölgə üzrə Telegram kanalında yanğının iki min kvadratmetr ərazini əhatə etdiyini və onun qonşu binalara keçmə təhlükəsi olduğunu bildirilib.
Departamentin məlumatına görə, Babyakovo sənaye zonasında yanğın barədə məlumat Moskva vaxtı ilə saat 12.38-də daxil olub.
"Hazırda ümumi sahəsi 2 min kv.m olan anbar söndürülür. Yanğının eyni tipli anbara keçməsi təhlükəsi var", - deyə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlkin məlumata görə, xəsarət alan olmayıb və yanan anbarın içərisində adam olmayıb. Yanğının söndürülməsinə 54 nəfər və 17 texnika cəlb olunub.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...