Rusiyada gecə ərzində 243 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi iyulun 17-nə keçən gecə ölkə ərazisinə yönələn Ukraynaya məxsus 243 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, pilotsuz aparatların bir hissəsi Qara və Azov dənizləri üzərində, digərləri isə Krım, Stavropol və Krasnodar diyarları, həmçinin Voronej, Rostov, Belqorod, Tula, Kaluqa, Smolensk, Bryansk, Oryol və Kursk vilayətləri üzərində zərərsizləşdirilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, bölgənin beş rayonunda PUA hücumlarının qarşısı alınıb. Onun sözlərinə görə, hadisələr nəticəsində xəsarət alan və ya infrastrukturun zədələnməsi ilə bağlı məlumat daxil olmayıb.
Qubernator əlavə edib ki, bölgədə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi hələ də qüvvədə qalır.
Oxşar xəbərlər
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb. BAKU.WS xəbər verir ki, İstanbul Baş Prokur...