Rusiyada COVID-19-un yeni yoluxucu ştammı yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada "Stratus" (variant XFG) adlı yeni növ koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunub.
BAKU.WS xəbər verir ki, hazırda bu virusa 114 yoluxma halı qeydə alınıb.
Bildirilib ki, Rusiyada bu virusa ilk yoluxma halı aprelin 24-də qeydə alınıb.
54% yoluxma halı Moskvada müəyyən edilib. Bu səbəbdən digər rayonlardan da nümunələr götürülüb.
Ekspertlər qeyd edir ki,"Stratus" (variant XFG) çox yoluxucudur, lakin xəstəliyin daha ağır gedişatına gətirib çıxarmır.
Bu virus LF.7 və LP.8.1.2 subvariantlarının birləşməsi nəticəsində yaranır. Onun əsas xüsusiyyəti yüksək səviyədə yoluxucu olması və səsdə xırıltı yaranmasıdır.
Simptomlar, omikronun digər variantları kimi adətən yüngül olur.
Oxşar xəbərlər
ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdə...