Rusiyada azərbaycanlı iş adamı qanlı "Mercedes"də ölü tapıldı
Rusiyanın Sverdlovsk vilayətində 24 oktyabrda itkin düşən 49 yaşlı iş adamı İlqar Xanadanov ölü tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "E1.RU" məlumat yayıb.
Bildirilib ki, hadisə barədə cinayət işi açılıb və araşdırmalar aparılır.
Həyat yoldaşının sözlərinə görə, onun cəsədi Azərbaycana gətiriləcək və burada dəfn olunacaq.
Qeyd olunub ki, yoxa çıxmazdan əvvəl kimsə ona zəng edib və o, zəng edənlə ucadan danışıb.
Ertəsi gün onun qanla ləkələnmiş "Mercedes"i meşədə tapılıb. Həyat yoldaşı deyir ki, İlqarın heç kəslə münaqişəsi olmayıb.
İlkin məlumata görə, qatil Zareçnidə kafe sahibi Pavel T. olub. Onun Xanadanovdan 2 milyon rubl borc götürdüyü və pulu qaytarmaq istəmədiyi bildirilib. Bu səbəbdən onlar arasında münaqişə yaranıb. Pavel arxadan balta ilə onun başına vurub. Daha sonra cəsədi İlqarın "Mercedes"inə qoyaraq maşını meşəyə aparıb.
İstintaq Komitəsi Cinayət Məcəlləsinin 105-ci maddəsi "qətl" ilə cinayət işi açıb. Pavel barəsində tezliklə həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Onu 15 ilə qədər həbs cəzası gözləyir.
Oxşar xəbərlər
İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı olub
Amerikalı sahibkar və milyarder İlon Mask tarixdə ilk dəfə 500 milyard dollarlıq sərvətə sahib olan şəxsolub. BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "M...