Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Kiyevin nəzarətində olan ərazilərdə aparılan danışıqlar nəticəsində 150 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib. Hazırda Rusiyanın hərbi qulluqçuları Belarus Respublikası ərazisindədirlər" -deyə məlumatda qeyd edilib.
Məlumatda Birləşmiş Ərəb Əmirliklərinin rusiyalı hərbçilərin əsirlikdən qaytarılması üçün humanitar vasitəçilik etdiyi də öz əksini tapıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...