Rusiya Ukraynaya raketlərlə zərbələr endirdiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyi avqustun 5-nə keçən gecə Ukrayna ərazisinə yüksək dəqiqlikli raketlər və uzaqmənzilli pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirdiyini açıqlayıb.
BAKU.WS Rusiya Nazirliyin məlumatına istinadən xəbər verir ki, hücumlar nəticəsində Kiyev və onun vilayətində silah-sursatın, hərbi yüklərin saxlanılması və daşınması, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı və paylanması üçün istifadə edildiyi iddia olunan nəqliyyat-logistika və paylama mərkəzləri vurulub.
Bildirilib ki, Odessanın cənubunda Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika daşıdığı iddia edilən üç yük gəmisi də zərbələrin hədəfi olub.
SHOT teleqram kanalının məlumatına görə, hücum zamanı azı 35 "İsgəndər" və hipersəs "Sirkon" raketindən, həmçinin onlarla "Geran" tipli pilotsuz uçuş aparatından istifadə edilib. Məlumatda hücumların əsasən nəqliyyat və anbar infrastrukturuna yönəldiyi qeyd olunur.
Həmçinin "Çayka" nəqliyyat-logistika kompleksinin məhv edildiyi, zərbələrdən sonra ərazidə təkrar partlayışların baş verdiyi iddia edilir. NASA peyklərinin Kiyevin şərqində yerləşən sənaye zonasında iri yanğınlar qeydə aldığı bildirilir.
Ukrayna tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...