Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın dövlət enerji şirkəti "Enerqoatom" Rusiyanın ölkə ərazisində yerləşən nüvə yanacağı infrastrukturuna pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, hücum nəticəsində istifadə olunmuş nüvə yanacağının saxlanması üçün nəzərdə tutulmuş konteynerlərin qəbul olunduğu tikiliyə ziyan dəyib və bina qismən dağılıb.
Rəsmi açıqlamada vurğulanıb ki, zərər görən sahədə nüvə tullantıları və ya istifadə olunmuş yanacaq saxlanılmadığından radiasiya sızması təhlükəsi yaranmayıb.
"Enerqoatom" həmçinin bildirib ki, obyektin ətrafında aparılan ölçmələr radiasiya səviyyəsinin normal həddə qaldığını göstərib. Hadisə nəticəsində insan tələfatı və ya xəsarət alanların olmadığı qeyd olunub.
Şirkət insidenti nüvə təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...