"Rusiya razı olsa, yaya qədər sülh mümkündür" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya da istəkli olacağı təqdirdə müharibəni yay aylarına qədər başa çatdırmaq mümkündür.
BAKU.WS xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən Zelenski vurğulayıb ki, münaqişənin dayandırılması təkcə Kiyevin səylərindən asılı deyil və qarşı tərəfin mövqeyi həlledici rol oynayır. Onun sözlərinə görə, gələcəkdə Rusiyanın yenidən təcavüz etməyəcəyinə dair real təhlükəsizlik zəmanətləri vacibdir.
Zelenski həmçinin qeyd edib ki, Vaşinqton tərəflər qarşısında müharibənin iyun ayına qədər başa çatdırılması ilə bağlı hədəf qoyub. O, ABŞ Prezidenti Donald Trampın hər iki tərəfə təzyiq göstərməyi planlaşdırdığını və Rusiya Prezidenti Vladimir Putinin müəyyən kompromisə məcbur qala biləcəyini deyib.
Ukrayna lideri əlavə edib ki, ölkəsi 2027-ci ilə qədər Avropa İttifaqına üzvlük üçün texniki baxımdan hazır olmağı qarşısına məqsəd qoyub.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsi olmadığını bildirib. BAKU.WS "Report"a istinadən xəbər veri...