Rusiya Qazaxıstana un ixracını azaldıb

Rusiya 2025-ci ilin yanvar-mart aylarında Qazaxıstana un ixracını ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azaldaraq 3,25 milyon ABŞ dolları həcmində həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "RIA Novosti" Qazaxıstanın gömrük xidmətinin məlumatlarına əsasən xəbər yayıb.
İxracın əsas hissəsini – 60 faizini ənənəvi olaraq buğda və buğda-çovdar unu təşkil edib. İkinci yerdə isə kobud üyüdülmüş un qərarlaşıb – onun payı 31 faiz olub.
Qalan 9 faiz isə buğda və ya buğda-çovdar unundan başqa istənilən taxıldan hazırlanan xırda üyüdülmüş una aiddir.
Tədarük azalsa da, Rusiya Qazaxıstanın un tədarükündə əsas tərəfdaş olaraq qalır və bu sahədə ölkənin 96 faiz idxal ehtiyacını qarşılayır.
Oxşar xəbərlər
Putin və Netanyahu ilə telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, söhbət zamanı Yaxın Şərq...
