Rusiya Qara dənizdə hərbi yük daşıyan iki quru yük gəmisini vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri Qara dənizdə hərbi təyinatlı yüklər daşıdığı iddia edilən iki quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, gəmilər Odessanın cənub və şərq istiqamətində hərəkət edərkən hədəfə alınıb. Bildirilir ki, həmin gəmilər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdi.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl də avqustun 5-nə keçən gecə Odessanın cənubunda üç quru yük gəmisinin vurulduğunu açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...