Rusiya Qara dənizdə daha üç yük gəmisini vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı iddia edilən daha üç quru yük gəmisinə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 6-sı axşam saatlarından 7-si səhərədək pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar zamanı Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə yük daşıyan üç gəmi vurulub.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl də bu cür zərbələrin Ukrayna ordusuna silah, texnika və digər yüklərin daşınması imkanlarını əhəmiyyətli dərəcədə azaltdığını bildirmişdi.
Ukrayna tərəfi isə Qara dəniz limanlarının blokadası səbəbindən kənd təsərrüfatı sektorunun bu il 1,5-3 milyard ABŞ dolları həcmində zərərə məruz qala biləcəyini açıqlayıb. Bildirilir ki, iyulun 22-dən etibarən Böyük Odessa limanlarına gəmilərin girişinin dayanması ixrac və idxalda ciddi problemlər yaradıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...