Rusiya müvəqqəti atəskəs elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya 8 və 9 may tarixləri üçün müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb. Qərarın İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə verildiyi bildirilib.
BAKU.WS xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi qeyd edib ki, həmin günlərdə keçiriləcək tədbirlərin təhlükəsizliyini təmin etmək üçün Silahlı Qüvvələr hazır vəziyyətdə olacaq və bütün zəruri addımlar atılacaq.
Rəsmi açıqlamada vurğulanıb ki, Ukrayna tərəfinin də bu müddət ərzində hərbi əməliyyatları dayandıracağı gözlənilir. Bununla yanaşı, qeyd olunub ki, bayram tədbirlərinə maneə yaradılarsa, cavab tədbirləri görüləcək və xüsusilə paytaxt Kiyev hədəf ola bilər.
Nazirlik həmçinin Kiyevdə yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına təhlükəsizlik məqsədilə şəhəri vaxtında tərk etməyi tövsiyə edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...