Rusiya miqrantlar üçün tibbi müayinə tələblərini sərtləşdirib
Rusiya prezidenti Vladimir Putin miqrantlarla bağlı yeni qanunları təsdiqləyib.
BAKU.WS xəbər verir ki, yeni qaydalara əsasən, Rusiya ərazisinə daxil olan miqrantlar 30 gün ərzində tibbi müayinədən keçməlidirlər.
Qanuna əsasən, tibbi müayinədən yayınan miqrantlar üçün cərimələrin artırılması nəzərdə tutulur.
Bununla yanaşı, İİV (HİV) də daxil olmaqla təhlükəli xəstəliklərin olmaması barədə saxta tibbi arayış təqdim edən şəxslər üçün cinayət məsuliyyəti və həbs cəzası tətbiq ediləcək.
Qanunvericilik dəyişikliklərinin miqrasiya nəzarətinin gücləndirilməsi məqsədi daşıdığı bildirilir.
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...