Rusiya İrana tibbi yardım göndərir: Yük Azərbaycan üzərindən daşınacaq

Rusiya İrana tibbi yardım göndərir: Yük Azərbaycan üzərindən daşınacaq
Dünya 15

Rusiya İrana humanitar tibbi yardım göndərməyə hazırlaşır və yük Azərbaycan ərazisindən tranzitlə daşınacaq.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təxminən 13 ton tibbi ləvazimatdan ibarət yardım Irana göndəriləcək.

Bildirilir ki, humanitar yardımın göndərilməsi qərarı Vladimir Putin və fövqəladə hallar naziri Aleksandr Kurenkov tərəfindən verilmiş xüsusi tapşırıq əsasında həyata keçirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri və bir sıra yüksək vəzifəli şəxslər həyatını itirib. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Son xəbərlər