Rusiya hücumları Ukraynanın liman ixracına zərbə vurur
Rusiyanın Ukraynanın dəniz limanlarına endirdiyi hücumların ölkənin iqtisadiyyatına və qlobal taxıl bazarına mənfi təsir göstərə biləcəyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, limanlara, gəmilərə, dəmir yolu və enerji infrastrukturuna hücumların intensivləşməsi nəticəsində Ukraynanın Odessa limanından aylıq ixrac həcminin 6 milyon tondan 4 milyon tona düşəcəyi gözlənilir. Bu barədə Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Vısotski bildirib.
Qeyd olunur ki, Ukraynanın ixracının 90 faizdən çoxu Qara dəniz limanları vasitəsilə həyata keçirilir. Yüklərin alternativ marşrutlara yönəldilməsi isə həm məhdud imkanlara malikdir, həm də logistik xərcləri artırır.
Agentliyin məlumatına əsasən, müharibə başlayandan bəri liman terminallarına dəyən zərərin həcmi 1,5 milyard ABŞ dollarına çatıb. Gəmilərə hücumların artması da daşınma xərclərini yüksəldir və gəmi sahiblərinin Ukrayna limanlarından istifadəsini məhdudlaşdırır.
"Reuters" qeyd edir ki, bu vəziyyət Ukraynanın valyuta gəlirlərinə mənfi təsir göstərməklə yanaşı, dünya taxıl bazarında da müəyyən risklər yarada bilər.
Oxşar xəbərlər
Rusiya: Gecə ərzində 133 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 133 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tər...