Rusiya gəmisi Baltik dənizində Almaniya ordusuna məxsus helikopterə atəş açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya gəmisi Almaniya Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Deutsche Presse-Agentur" (DPA) məlumat yayıb.
İlkin məlumatlara görə, alman hərbi helikopteri Baltik dənizində kəşfiyyat missiyası yerinə yetirirmiş.
Bu hadisə ilə bağlı Rusiya və Almaniya Müdafiə nazirliklərindən heç bir rəsmi açıqlama verilməyib. Bununla belə, hesabatda qeyd edildiyi kimi, Almaniyanın Xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO sammiti çərçivəsində bunu qeyd edib. O, Almaniyanın Baltik dənizində boru kəmərləri və məlumat kabelləri üzərində nəzarəti gücləndirdiyini izah edib. Bundan əlavə, o qeyd edib ki, Baltik dənizində Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınan gəmilər var.
Baltik dənizində patrulların artırılması qərarı noyabrda iki fiber-optik kabelin zədələnməsindən sonra verilib. Onlardan biri Almaniya və Finlandiyanı, ikincisi isə İsveç və Litvanı əlaqələndirirdi.
Berbok hadisənin nə vaxt baş verdiyini açıqlamayıb. ZDF xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi konkret hadisə ilə bağlı şərh vermək istəməyib, qeyd edib ki, dənizdə və ya havada qayda pozuntuları vaxtaşırı baş verir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...