Rusiya eksperti "Banderol" raketinin imkanlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın yeni nəsil "Banderol" raketi yerüstü və dayaz dərinlikdə yerləşən hədəflərə zərbə endirmək imkanına malikdir.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Yuri Knutov aif.ru nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, raketin döyüş başlığı qarşıya qoyulan tapşırıqdan asılı olaraq qəlpəli-fuqas və ya termobarik ola bilər.
Ekspert qeyd edib ki, "Banderol" raketi düşmənin müvəqqəti yerləşmə məntəqələrini, dayaq məntəqələrini, hərbi texnikanı, zenit-raket komplekslərini, pilotsuz uçuş aparatlarının yığılması, saxlanılması və buraxılması obyektlərini vurmaq qabiliyyətinə malikdir.
Yuri Knutov bildirib ki, raketin hədəf spektri geniş olsa da, onun döyüş başlığının gücü dərinlikdə yerləşən komanda məntəqələrini və möhkəmləndirilmiş obyektləri məhv etmək üçün kifayət etmir. Onun sözlərinə görə, yerüstü və ya kiçik dərinlikdə yerləşən hədəflər isə bu raketin təsir dairəsinə daxildir.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...