Rusiya diplomatı Ukraynaya zərbələrlə əlaqədar Litva XİN-ə çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya diplomatı Litvanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Ukraynaya endirilən son kütləvi zərbələrlə əlaqədar ona etiraz notası təqdim edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Litva XİN "X" sosial şəbəkəsində məlumat yayıb.
"Litvanın Xarici İşlər Nazirliyi Kiyevdə və Ukraynanın digər rayonlarında dinc sakinlər arasında çoxsaylı tələfata səbəb olan son kütləvi hücumlarla əlaqədar etiraz notası təqdim etmək üçün Rusiya diplomatını çağırıb. Litva tərəfi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyi nümayəndələrinin Baltikyanı ölkələrə qarşı yönəlmiş yalan bəyanatlarını rədd edib", - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Rusiyanın pilotsuz uçuş aparatları ilə Kiyevə zərbəsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına iyulun 5-dən 6-na keçən gecə etdiyi əvvəlki hücum 22 nəfərin həyatına son qoymuşdu.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...