Rusiya Çində yeni "Su-57E" qırıcılarını nümayiş etdirəcək
Rusiyanın "Rostex" şirkəti Çində keçirilən beynəlxalq aviasiya-kosmik sərgisində "Su-57E" beşinci nəsil qırıcı təyyarəsini və ən son aviasiya silahlarını ilk dəfə nümayiş etdirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Rosoboronexport"un mətbuat xidməti məlumat yayıb.
"Su-57E" statik dayanacaqda, taktiki raket silahları korporasiyası tərəfindən hazırlanan və istehsal edilən ən yeni aviasiya məhvetmə vasitələri ilə birlikdə sərgilənəcək"-deyə məlumatda qeyd olunur.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu raketlər həm yerli, həm də xarici istehsal olan dördüncü və beşinci nəsil qırıcılar tərəfindən istifadə oluna bilər. Sərgidə radioəleyhinə raket modelini, eləcə də idarə olunan "Qrom-E1" raketini və digər silah sistemlərini görmək mümkün olacaq.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...