Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviçə qarşı sui-qəsd cəhdi baş verib.
BAKU.WS "Baza" teleqram kanalına istinadən xəbər verir ki, motosikletlə hərbçinin yaşadığı ünvana gələn naməlum şəxs ona atəş açıb.
Hücum edən şəxsin kimliyini gizlətmək üçün dəbilqədən istifadə etdiyi bildirilir.
Hadisə zamanı zabit yaralanıb, onun sürücüsü də güllə yarası alıb.
"Shot" kanalının məlumatına əsasən, Varpaxoviçin vəziyyəti ağır qiymətləndirilir. Bildirilir ki, güllələrdən biri onun üz nahiyəsinə, digəri isə bədəninə dəyib.
Hərbçi ilkin olaraq Engelsdə xəstəxanaya yerləşdirilsə də, daha sonra müalicə üçün Saratova aparılıb.
Hadisə ilə bağlı hücumun motivi və şübhəlinin kimliyi hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...