Rusiya ABŞ-yə xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ABŞ-ni Yaxın Şərqdəki münaqişə kontekstində spekulyativ bəyanatlar da daxil olmaqla, İsrailə birbaşa hərbi yardım göstərməkdən çəkindirir.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov "İnterfaks" agentliyinə açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, ABŞ daim beynəlxalq proseslərin mərkəzində dayanır və indiyədək Briləşmiş Ştatların müdaxilə etmədiyini, amma bundan sonra edəcəyini iddia etmək düzgün olmazdı.
"Lakin məsələ ondan ibarətdir ki, ABŞ İsrailə birbaşa hərbi yardım göstərməklə bağlı vəziyyəti necə dəyərləndirir. Biz öz tərəfimizdən ABŞ-yə belə spekulyativ variantlara qarşı xəbərdarlıq edirik" – deyə Ryabkov vurğulayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...