Rus ordusu Kalinovo yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Kalinovo yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı cəbhə xəttində irəliləyiş əldə olunub. Bildirilib ki, "Cənub" hərbi qruplaşmasının aktiv əməliyyatları nəticəsində Donetsk ərazisində yerləşən Kalinovo yaşayış məntəqəsində nəzarət ələ keçirilib.
Nazirliyin məlumatında həmçinin qeyd olunub ki, son 24 saat ərzində Ukraynaya məxsus 139 fərqli bölgədə hərbi hava limanları infrastrukturu, pilotsuz dəniz və hava aparatlarının yığılma mərkəzləri, sursat istehsalı və hərbi texnika təmiri müəssisələrinə zərbələr endirilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...