Rus kosmonavtlar kosmosda ilk kristalları topladılar
Rus kosmonavtlar - Sergey Rıjikov və Aleksey Zubritskiy Beynəlxalq Kosmos Stansiyasının xaricində kosmik yürüş etdilər.
BAKU.WS xəbər verir ki, gəzinti təxminən 7 saat davam edib.
Kosmonavtlar "Nauka" moduluna "İmpuls" plazma enjektörünü quraşdırılıblar.
Daha sonra modulun müşahidə pəncərəsini təmizləyiblər "Ekran-M" təcrübə cihazındakı kaseti yenisi ilə əvəz ediblər.
Bu təcrübə kosmosda ilk mükəmməl kristalların yetişdirilməsi ilə nəticələnib.
Qeyd edək ki, kristallar günəş panelləri və mikroelektronika üçün istifadə olunan yüksək saf filmlərin inkişafında əhəmiyyətlidir.
Kosmonavtlar bütün tapşırıqları uğurla yerinə yetiriblər.
Oxşar xəbərlər
Tramp "Amerikanı xilasetmə" qanun layihəsini təqdim edib
ABŞ prezidenti Donald Tramp "Amerikanı xilasetmə" adlı yeni qanun layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə o, özünün Truth Social hesabında m...