Rus banklarının xaricdə filial açmasına məhdudiyyət tətbiq oluna bilər
Rusiyada xarici investisiyalarla bağlı bank sektoruna yeni məhdudiyyətlər nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
BAKU.WS xəbər verir ki, layihəyə əsasən, baza lisenziyası ilə fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları xarici maliyyə qurumlarının səhmlərini almaq və xaricdə filial açmaq hüququndan məhrum ediləcək.
Məlumata görə, belə aktivlər təsadüfən onların balansına keçərsə, məsələn borcun ödənilməsi hesabına əldə olunarsa, həmin aktivlər üç il ərzində satılmalıdır.
Universal lisenziyaya malik banklar üçün isə daha sadələşdirilmiş qaydalar tətbiq olunacaq. Belə ki, yalnız xarici maliyyə təşkilatında nəzarət paketinin alınması və ya idarəetməyə nəzarətin əldə edilməsi zamanı Mərkəzi Banka məlumat verilməsi tələb olunacaq.
Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov bildirib ki, dəyişikliklərin məqsədi artıq tənzimləmələri azaltmaq və bankların xarici investisiya xərclərini optimallaşdırmaqdır.
Oxşar xəbərlər
Çin və Rusiya hərbi əməkdaşlığı daha da dərinləşdirəcək
Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putin Pekində keçirilən görüş zamanı iki ölkə arasında hərtərəfli strateji koordinasiyanın gücləndirilməsi və mehr...