Rubionun Çin səfərində geyimi qalmaqala səbəb oldu – "siyasi mesaj" iddiaları artır

Rubionun Çin səfərində geyimi qalmaqala səbəb oldu – siyasi mesaj iddiaları artır
Dünya 32

ABŞ Dövlət katibi Marko Rubionun Çinə səfəri zamanı seçdiyi geyim beynəlxalq mediada və sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

BAKU.WS xəbər verir ki, Rubio səfər zamanı Venesuela Prezidenti Nikolas Maduronun bir vaxtlar diqqət çəkən idman geyiminə bənzər kombinasiyada görüntülənib. Bu seçim bəzi siyasi dairələr və sosial media istifadəçiləri tərəfindən "şüurlu mesaj" kimi şərh olunub.

Müzakirələr xüsusilə ABŞ–Venesuela münasibətləri və Rubionun Çinlə əvvəlki gərgin siyasi fonu səbəbindən daha da güclənib. Senator olduğu dövrdə Pekinin ona qarşı sanksiyalar tətbiq etməsi də yenidən gündəmə gətirilib.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş rezonans doğurub. Bir qrup istifadəçi bunu "siyasi istehza" kimi dəyərləndirsə də, digərləri "diplomatik etikadan kənar addım" olduğunu bildirir.

Ağ Evə yaxın hesab edilən bəzi hesabların görüntüləri paylaşması müzakirələri daha da genişləndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər