Rubio: ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı bu gün irəliləyiş ola bilər
ABŞ Dövlət katibi Marko Rubio ABŞ ilə İran arasında mümkün razılaşma üzrə danışıqların davam etdiyini və bu gün irəliləyiş əldə oluna biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə açıqlama verən Rubio, prosesin hələ yekunlaşmadığını qeyd edib.
"Dün gecə bir irəliləyiş olacağını düşünürdük," – deyə o bildirib və ABŞ–İran danışıqları ilə bağlı bu gün yeni nəticələrin ola biləcəyini vurğulayıb.
Rubio həmçinin Hörmüz boğazının yenidən açılması və nüvə danışıqları ilə bağlı təkliflərin gündəmdə olduğunu qeyd edib: "Ümid edirəm bunu bacara bilərik."
O, ABŞ Prezidenti Donald Trampın "pis bir razılaşmanı qəbul etməyəcəyini" və diplomatiyanın uğuru üçün bütün imkanların dəyərləndiriləcəyini də əlavə edib.
Rubio daha əvvəl Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşündən sonra İran məsələsi və Hörmüz boğazı ilə bağlı gün ərzində yeni xəbərlərin açıqlana biləcəyini demişdi.
O, danışıqlarda "ciddi irəliləyiş" əldə olunsa da, hələ yekun nəticəyə gəlinmədiyini bildirib.
Oxşar xəbərlər
Kanadalılar ABŞ siyasətindən narahatdır
Kanadada keçirilən yeni sorğu ölkə vətəndaşlarının ABŞ-nin siyasətindən ciddi narahatlıq duyduğunu ortaya qoyub. BAKU.WS xəbər verir ki, Kanadanın "Abacus Data"...