"Rosneft" yanacağın satışına məhdudiyyət qoyulmayacağını açıqlayıb

Rosneft yanacağın satışına məhdudiyyət qoyulmayacağını açıqlayıb
Dünya 16

Rusiyanın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan ölkədəki mövcud yanacaq bazarı vəziyyətinə baxmayaraq benzin və dizel yanacağının satışına məhdudiyyət tətbiq etməyi planlaşdırmır.

BAKU.WS xəbər verir ki, şirkətin rəhbəri İqor Seçin bildirib ki, bütün yanacaqdoldurma məntəqələri tam həcmdə yanacaqla təmin olunub və normal rejimdə fəaliyyət göstərir.

Onun sözlərinə görə, son həftələr bəzi KİV-lərdə "Rosneft" məntəqələrinin bir sıra bölgələrdə yanacağın kanistrlərə satışını məhdudlaşdırdığı barədə məlumatlar yayılsa da, şirkətin yanacaqdoldurma məntəqələrində ciddi məhdudiyyətlər yoxdur.

"Biz süni ajiotaj yaradılmasının tərəfdarı deyilik. Bütün yanacaqdoldurma məntəqələrimiz işə tam hazırdır və sabit fəaliyyət göstərəcək", – deyə Seçin vurğulayıb.

O əlavə edib ki, bəzi şirkətlərin yanacaq satışını azaltması bazardakı vəziyyəti daha da çətinləşdirə bilər. Bununla belə, "Rosneft" öz şəbəkəsində yanacaq təminatını zəmanətli şəkildə davam etdirəcək.

Qeyd edək ki, "Rosneft"in şəbəkəsinə Rusiyanın 62 regionunda, həmçinin Belarus, Abxaziya, Qırğızıstan və Cənubi Osetiyada fəaliyyət göstərən təxminən 3 min yanacaqdoldurma məntəqəsi daxildir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər