Romada ABŞ-İran danışıqlarının ikinci raundu başladı

Romada Tehranın nüvə proqramı ətrafında böhranın nizamlanmasına həsr olunmuş ABŞ-İran danışıqların ikinci raundu başlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçı, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
***
İranın nüvə proqramı üzrə fikir ayrılıqlarının həlli məsələsinə dair ABŞ-İran danışıqlarının ikinci raundu Omanın Romadakı səfirinin iqamətgahında keçiriləcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, İran və ABŞ nümayəndələri şənbə günü Romada nüvə danışıqlarının ikinci raundu üçün görüşəcəklər.
Həmçinin qeyd edilin ki, Omanın xarici işlər naziri vasitəçilik rolunu bərpa etməyi planlaşdırır.
*** 10:44
İran nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Romaya gəlib.
Bu barədə BAKU.WS "Azad İran" Telegram" kanalına istinadən xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyəti Omanın vasitəçiliyi ilə İran-ABŞ danışıqlarının ikinci raundunda iştirak etmək üçün bu gün səhər İtaliyanın paytaxtı Romaya gəlib.

Oxşar xəbərlər
Trampın xüsusi nümayəndəsi: "Ukrayna NATO-nun bir hissəsi olmayacaq"
"Ukrayna NATO-nun bir hissəsi olmayacaq, Kiyevin alyansa daxil olması məsələsi müzakirə olunmur". BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti...