Rəsmi Moskva: Rusiya Ukrayna böhranında öz məqsədlərindən geri çəkilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Rusiya-Ukrayna müharibəsini, İran, Suriya və Yaxın Şərqi müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya mübahisəli məsələlərin, fikir ayrılıqlarının və münaqişəli vəziyyətlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb.
Söhbət zamanı liderlər Suriyadakı son hadisələrə də toxunublar. Uşakov qeyd edib ki, ABŞ və Rusiya Suriyadakı durumla bağlı dialoqu davam etdirəcəklər.
Onun sözlərinə görə, Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib. Putin isə qeyd edib ki, Moskva Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa çalışacaq və öz məqsədlərindən geri çəkilməyəcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...