Rejissorun vəfatından bir ay sonra ölüm səbəbi bilindi

78 yaşında vəfat edən amerikalı rejissor və ssenari müəllifi Devid Linçin ölüm səbəbi bəlli olub.
BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, ölümündən bir ay sonra onun ağciyər xəstəliyindən vəfat etdiyi məlum olub.
Linçin ölümü ilə bağlı Los-Anceles Şəhəri İctimai Səhiyyə İdarəsinin yaydığı ölüm sənədində qeyd edilib.
Xatırladaq ki, rejissor ötən ay dünyasını dəyişib.
Devid Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə o, ilk qısametrajlı cizgi filmini çəkib.
1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı "Fil adam" səkkiz "Oscar" qazanıb.
"Blue Velvet", "Mulholland Drive" və "Twin Peaks" serialları, həmçinin "Dune" kimi ekran əsəri ilə tanınır.
Ötən ilin avqustunda Linçə xroniki emfizem diaqnozu qoyulub. Bu, onun işləməsinə mane olub və rejissoru evə məhkum edib.
Qalereya
Oxşar xəbərlər
Tramp: Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar verə bilərik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı vəziyyət fonunda Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən ke...