Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı regiondakı son hadisələr ətraflı müzakirə olunub.
Ərdoğan bildirib ki, İrana qarşı həyata keçirilən hüquqazidd hücumların yaratdığı qarşıdurma regiona ciddi təsir göstərir. O, müharibənin tam dayandırılması və davamlı sülh mühitinin yaradılması üçün Türkiyənin diplomatik səylərini artırdığını vurğulayıb.
Türkiyə prezidenti, həmçinin qeyd edib ki, İranla bağlı gündəmə gətirilən separatçı ssenarilər heç bir tərəfə fayda verməyəcək. O, İraqda sabitliyin və təhlükəsizliyin qorunmasının əsas prioritet olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, Hörmüz boğazı ətrafında baş verən hadisələrin neft tədarükündə marşrutların şaxələndirilməsinin əhəmiyyətini bir daha göstərdiyini deyən Ərdoğan "Kalkınma Yolu" layihəsinin strateji önəmini vurğulayıb və layihənin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...