Qrenlandiya Trampla əməkdaşlıq imkanları axtarır
Qrenlandiya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlıq imkanları axtarır.
"Report" xəbər verir ki, bunu Qrenlandiyanın KNR televiziya və radio kanalı sitat gətirən adanın Nazirlər Kabinetinin sədri Myute Egede deyib.
Onun sözlərinə görə, hərbi münaqişənin olmaması vacibdir: "Mineral hasilatı üçün açıq qapılarımız var. Bu, növbəti illərdə də belə davam edəcək. ABŞ-la ticarət aparmalıyıq".
O, həmçinin qeyd edib ki, Qrenlandiya dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır.
Yanvarın 7-də ABŞ prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Qrenlandiya onu Çin və Rusiya təhdidlərindən qorumaq üçün ABŞ-nin bir hissəsi olmalıdır.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...