"Qremmi"yə çılpaq qatılan Biankanın anası: "Həyatımızı gizli yaşayan adi insanlarıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Model Byanka Sensorinin anası Alexandra Sensori qızının "Qremmi" mükafatlandırma mərasimində şəffaf mini paltarda görünməsinə reaksiya verib.
BAKU.WS xəbər verir ki, bu barədə "OK!" nəşri məlumat yayıb.
"Biz sadəcə olaraq həyatımızı mümkün qədər gizli yaşayan adi insanlarıq. Bianka haqqında deyəcək heç nəyim yoxdur, təşəkkür edirəm", - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl Byanka Sensorinin bacısı Ancelina onun çılpaq görüntülərindən sonra dəstəyini bildirmişdi. O, izləyicilərinə Biankanın xəz paltosunu çıxardığı anın videosunu, eləcə də bacısının fotoqraflara çılpaq poza verdiyi fotonu nümayiş etdirib. Fanatlar bu paylaşımı Kanye Uestin ailəsindəki qalmaqal fonunda dəstək kimi şərh ediblər.
Qeyd edək ki, fevralın 2-də Los-Ancelesdə 67-ci Qremmi Mükafatlarının təqdimetmə mərasimi keçirildi, burada Kanye Uest 10 ildən sonra ilk dəfə görüntülənib. Reper qırmızı xalıda xanımı ilə alt paltarı olmadan tamamilə transparan libasda gəzib. Mətbuat modelin həddindən artıq açıq-saçıq geyiminə görə tədbirdən qovulduğunu yazıb. Jurnalistlər cütlüyün mükafatlandırma mərasiminə dəvətsiz gəldiyini də yazıblar.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...