Qonşu ölkədə hava kirliliyi və qrip səbəbindən təhsil distant keçiriləcək
İranda hava kirliliyi və qrip (İnfluenza) epidemiyası səbəbindən 18 vilayətdə orta və ali təhsil müəssisələrində təhsil distant həyata keçirilir.
BAKU.WS Farhikhtegan xəbər saytına istinadən xəbər verir ki, başda Təbriz olmaqla, Tahran, Elborz, Qom, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Simnan və İsfahanda hava kirliliyi səbəbindən, Həmədan, Qeylan, Yezd, Kirman, Sistan-Bəluçistan, Cənubi və Şimali Xorasan, Xorasan-i Rəzəvi və Zencanda isə qrip epidemiyası səbəbindən təhsil distan təşkil olunur.
IQAir hava izləmə şirkətinin məlumatına görə, Tahran bugünkü hava kirliliyi səviyyəsi ilə 225 mikroqram/m³-lə dünya üzrə Bağdad və Dehlidən sonra üçüncü yerdədir.
Hava keyfiyyəti indeksi üzrə 0-50 "təmiz hava", 51-100 "orta", 101-150 "həssas", 151-200 "sağlıqsız", 201-300 "pis", 301-500 isə "təhlükəli" hesab olunur.
Oxşar xəbərlər
Çində 7 maqnitudalı zəlzələ olub
Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yay...