Qızının meyitinin qalıqlarını çörək sobasından tapdı - DƏHŞƏT!

Qızının meyitinin qalıqlarını çörək sobasından tapdı - DƏHŞƏT!
Dünya 185

Ana qızının qalıqlarını mağazanın çörək sobasının içindən tapıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kanadada baş verib.

19 yaşlı Qurismran Kaurun yanmış qalıqları marketin satış üçün təzə çörək hazırlanan böyük sobada tapılıb. Yerli hakimiyyət orqanları araşdırmanın başladığını, lakin bunun çətin olacağını bildiriblər. Çörəkxana müvəqqəti olaraq bağlanıb.

Polis heç bir təfərrüat açıqlamır və sosial şəbəkələrdə qız haqqında yanlış məlumatların yayılmamasını xahiş edir. "Xahiş edirik, bu fərziyyələrin qızın ailəsinə, həmkarlarına və yaxınlarına necə təsir edə biləcəyini unutmayın", - polis mətbuat açıqlamasında bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər