"Qiyamət Saatı"nın vaxtı ilə ölüm səviyyəsi arasında əlaqə aşkar edildi
Mass General Brigham xəstəxanasının alimləri "Qiyamət Saatı"nın əqrəblərinin yerinin müəyyən xəstəliklərdən ölüm səviyyəsi ilə əlaqəli olduğunu aşkar ediblər. Saatın gecəyarısına – yəni qlobal fəlakət simvoluna yaxınlaşması, Altsheymer xəstəliyi, intihar, qəzalar, alkoqol və narkotik istifadəsi ilə bağlı ölüm hallarının artması ilə üst-üstə düşür.
BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Bulletin of the Atomic Scientists (BAS) jurnalında dərc olunub.
1947-ci ildə yaradılan "Qiyamət Saatı" əvvəlcə nüvə müharibəsi riskini göstərirdi, lakin son illərdə iqlim dəyişikliyi, kiberhücumlar və siyasi qeyri-sabitlik kimi amilləri də əhatə edir. Buna baxmayaraq, indiyə qədər saatın göstəricilərinin insan sağlamlığı ilə əlaqəsi öyrənilməmişdi.
Araşdırmanın aparıcı müəllifi, Brigham and Women's Hospital xəstəxanasının psixiatriya şöbəsindən Dr. Samuel Castin Sinkler, bunun "insan sağlamlığı ilə qlobal vəziyyət arasındakı əlaqəni anlamaq üçün ilk addım" olduğunu bildirib.
Alimlər eyni zamanda, xərçəng, QİÇS və şəkərli diabetdən ölüm səviyyəsinin azaldığını müəyyən ediblər. Bu isə sosial və siyasi amillərin cəmiyyətin sağlamlığına təsir mexanizminin daha mürəkkəb olduğunu göstərir.
Tədqiqatın baş müəlliflərindən Dr. David Silbersveyq, fərdlərin, cəmiyyətlərin və bütövlükdə bəşəriyyətin rifahının bir-biri ilə sıx bağlı olduğunu qeyd edərək, gələcək araşdırmaların bu əlaqələri daha dərindən öyrənməyə kömək edəcəyini və səhiyyə siyasətində daha effektiv addımlar atmağa şərait yaradacağını bildirib.
Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma qlobal təhdidlərin insan sağlamlığına təsirini anlamaq üçün yalnız bir başlanğıcdır.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...