"Qiyamət günü radiostansiyası" yeni sirli mesajlar yayımlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın UVB-76 radiostansiyası, daha çox "Qiyamət günü radiostansiyası" kimi tanınan qısa dalğalı radioötürücü, növbəti dəfə müəmmalı mesajlar yayımlayıb.
BAKU.WS xəbər verir ki, iyunun 22-də Moskva vaxtı ilə saat 11:33-də efirə verilən ilk mesajda "stanonant" və "obedobuyan" sözləri səsləndirilib. Daha sonra, saat 13:28-də "klıkotryum" sözü yayımlanıb.
Qeyd edək ki, UVB-76 radiostansiyası 1970-ci illərdən etibarən 4625 kHz tezliyində fəaliyyət göstərir. Onun efiri əsasən monoton vızıltı və klik səslərindən ibarət olur. Bu səbəbdən radio həvəskarları arasında stansiya "vızıldayan" ləqəbi ilə tanınır.
Radiostansiyanın məqsədi və yayımladığı mesajların mənası bu günə qədər açıqlanmayıb. Bu səbəbdən UVB-76 uzun illərdir müxtəlif fərziyyələrin və müzakirələrin mövzusudur.
Məlumata görə, stansiya iki günlük fasilədən sonra yenidən aktivləşib. Sonuncu dəfə iyunun 18-də efirə çıxan UVB-76 həmin vaxt "oşupıvanie" və "nevısokiy" sözlərindən ibarət iki mesaj yayımlamışdı.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...