Qəzzaya yardım aparan gəmidəki daha 5 türk vətəndaşı vətənə döndü
Yeniliklərdən dərhal xəbərdar olun
Malta sahillərində PUA hücumuna məruz qalan "Vicdan" adlı yardım gəmisində olan daha 5 türk vətəndaşı Türkiyəyə qayıdıb. Beləliklə, gəmidəki 11 türk vətəndaşının hamısı xilas edilərək ölkəyə gətirilib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, "Vicdan" gəmisi İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq məqsədilə yaradılan və müxtəlif beynəlxalq təşəbbüsləri bir araya gətirən "Azadlıq Donanması Koalisiyası"na məxsusdur. 2 may tarixində yerli saatla 00:23-də gəmi Malta sahillərində PUA hücumuna məruz qalıb. Hücum nəticəsində gəminin gövdəsində dəlik açılıb, ön hissəsində yanğın baş verib.
Türkiyəyə qayıdan şəxslərin səhhətində ciddi problem olmadığı bildirilib.
Hadisədən öncə İsrailə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Malta ətrafında bir neçə saat uçuş etdiyi qeyd edilib. İsrail mediası hücumdan bir neçə saat öncə həmin təyyarənin bazaya döndüyünü təsdiqləyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...