Qəzzada 2023-cü ilin oktyabrından indiyədək 17,4 min uşaq ölüb
19
noy
2024
21:29
2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.
"Report" xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 35 mindən artıq azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3 500-ə yaxını isə qida çatışmazlığından əziyyət çəkir.
Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı məlumatlara görə, ümumilikdə 44 minə yaxın fələstinli anklavda gərginliyin qurbanı olub, 104 mindən çoxu isə yaralanıb.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...