Qəza zamanı bu yastıqlı təyyarələrdə sağ qalma ehtimalı yüksəkdir
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar ard-arda yaşanan təyyarə qəzalarından sonra gənc mühəndislər yeni təklif irəli sürüblər.
BAKU.WS xəbər verir ki, günbəgün müasirləşən dünyada artıq yastıqlı təyyarələr də ola bilər.
Gənc mühəndislər təyyarəyə nəhəng yastıqlar bağlayaraq baş verəcək qəzalardan insanların maksimum sağ çıxmasını təmin etmək istəyirlər.
"Project Rebirth" adlı bu layihə reallaşarsa, hər il minlərlə insan qəzada həyatını itirməyəcək. Yastıqların əsasən təyyarənin uc hissəsinə, gövdəsinə və quyruq hissəsinə taxılması planlaşdırılır.
Qəza anı yaxınlaşan zaman 2 saniyə ərzində nəhəng yastıqlar açıqlacaq və insalar xilas ola biləcəklər.
Bu layihə Dubayda "Birla Institute of Technology and Science"də təhsil alan mühəndislər Eşel Uasim və Darsan Srinivasan tərəfindən irəli sürülüb.
Onlar bu ilin prestijli mükafatı olan "James Dyson Mükafatı"na namizədlərdən biridirlər.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...