Qətər XİN: Qəzza zolağında atəşkəslə bağlı 2-ci mərhələ üzrə danışıqlar yaxın günlərdə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Aydındır ki, biz indi yaxın günlərdə başlayacağına ümid etdiyimiz danışıqların ikinci mərhələsinə hazırlaşmaqla məşğuluq", - o deyib.
Qətər XİN nümayəndəsi bu məsləhətləşmələrin İsrail və HƏMAS-a anklavın yenidən qurulmasına başlamalı olan sazişin ikinci mərhələsinə keçidə imkan verəcəyinə ümidvar olduğunu söyləyib.
Xatırladaq ki, fevralın 1-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi fevralın 3-də Vaşinqtona səfər zamanı Netanyahunun ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə ikinci mərhələ üzrə danışıqlara başlamaq barədə razılığa gəldiyini açıqlamışdı. Ertəsi gün Netanyahunun ofisi İsrailin həftənin sonuna qədər Qətərə nümayəndə heyəti göndərəcəyini bildirmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...