Qərb liderlərinin Ramşteyn görüşü ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya, Almaniya, ABŞ və Fransa liderlərinin oktyabrın 12-nə planlaşdırılan görüşü Ukrayna münaqişəsinin həllinə dair Ramşteyn sammiti ilə birlikdə ləğv edilib.
BAKU.WS "RİA Novosti xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Co Bayden və ABŞ dövlət katibi Antoni Blinken planlaşdırıldığı kimi yaxın günlərdə Almaniya və Anqolaya səfər etməyəcəklər. ABŞ prezidenti Floridaya yaxınlaşan "Milton" qasırğasına hazırlıq işlərinə, həmçinin ölkənin cənub-şərqində "Helen" qasırğasının nəticələrinin aradan qaldırılması səylərinə nəzarət edəcək.
Berlində Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə, sonra isə Ramşteyn aviabazasında Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Ukraynaya yeni silah tədarükü ilə bağlı danışıqlar aparmalı idi.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ramşteyndəki görüşdə "qələbə planını" təqdim edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...