"Qazprom"un səhmləri tarixi minimuma enib

Qazpromun səhmləri tarixi minimuma enib
Dünya 33

Rusiyanın "Qazprom" şirkətinin səhmləri rublun dəyərdən düşməsi fonunda bir səhm üçün 1 dollara qədər ucuzlaşıb.

Bu barədə "investing.com" portalı məlumat yayıb.

Rubl ilə ifadədə qaz nəhənginin səhmləri tədricən tarixi minimumlara yaxınlaşır. Halbuki, pik dövründə bir səhm 8,5 dollar dəyərində olub ki, bu da indiki qiymətdən səkkiz dəfə baha idi.

Qeyd edək ki, ABŞ hökuməti "Qazprombank" və onun altı xarici filialına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. "Qazprombank" ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edildikdən sonra müştərilərini "Union Pay" kartları ilə xaricdə problemlər olacağı barədə məlumatlandırıb.

Daha sonra "Qazprombank" müştərilərinə göndərilən məktublarda 21 noyabr tarixindən etibarən bankın kartlarının "Union Pay" ödəniş sistemindən ayrılacağı bildirilib.

Bazar ertəsi məlum olub ki, Niderlanddakı bankomatlar "Union Pay" ödəniş sistemi ilə bağlı "Qazprombank" kartlarını qəbul etmir. Söhbət kredit təşkilatının bu ödəniş sistemi ilə bağlı kartları ilə nağd pul çıxarılmasından gedir. Bankomatlar kartı geri qaytarır və ekranda kartın bank sistemi tərəfindən rədd edildiyi barədə yazı görünür.

Son xəbərlər