"Qazprom" kütləvi ixtisarlar üçün hazırlıqlara başladı
"Qazprom"un mərkəzi aparatının əməkdaşlarının sayı demək olar ki, iki dəfə azaldılacaq.
BAKU.WS xəbər verir ki, 47news nəşrinin məlumatına görə, mövcud 4,1 min əməkdaşdan 2,5 min nəfər qalacaq və nəticədə 1,5 mindən çox insan işini itirəcək. Bu barədə korporasiyanın idarə heyəti sədrinin müavini Yelena İlyuxinanın təklifinə istinadən məlumat verilib. Təklif 10 yanvar, cümə günü yayılmağa başlayıb.
Məlumatda qeyd edilir ki, qərar artıq qəbul edilib. Səbəb kimi "təkrarlanan funksiyaların və həddindən artıq bürokratik proseslərin aradan qaldırılması", "əməkdaşların nəticəyönümlülüyünün artırılması" və "idarəetmə və istehsalat proseslərinin bütün səviyyələrində xərclərin optimallaşdırılması" göstərilir.
Sənəddə vurğulanır ki, son 20 ildə "Qazprom"un mərkəzi aparatında işçi sayı bir neçə dəfə artıb və əmək haqqı fondu 50 milyard rubldan çoxdur. Azad ediləcək vəsaitin qalan əməkdaşların motivasiyasını artırmağa və kadrların inkişafına yönəldilməsi təklif edilir. Bununla yanaşı, avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin sürətləndirilməsinin vacibliyi qeyd olunur.
Mənbələr bildirir ki, maaşların artırılması üçün əlavə vəsait ayrılmayacaq, çünki bu halda ixtisarlara ehtiyac olmazdı.
Qeyd edək ki, 2023-cü ilin sonunda "Qazprom" Direktorlar Şurası növbəti il üçün investisiya proqramını 7 faiz azaldaraq 1,523 trilyon rubla endirməyi təsdiqləyib. 2023-cü ilin nəticələrinə əsasən, "Qazprom" 583,1 milyard rubl ziyanla Rusiyanın ən çox zərər edən şirkəti olub.
Oxşar xəbərlər
Türkiyə Trampdan əsas gözləntisini açıqlayıb
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Part...