Qazaxıstanın Bakıdakı səfirliyində referendum üzrə səsvermə keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Bakıdakı səfirliyində ölkənin yeni Konstitusiyası ilə bağlı keçirilən referendum çərçivəsində səsvermə prosesi davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.
Məlumata görə, yerli vaxtla saat 16:00-a olan vəziyyətə əsasən, qeydiyyatdan keçmiş 200 seçicidən 162-si səsvermədə iştirak edib.
Səs verənlər arasında Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr, beynəlxalq təşkilatlarda və Qazaxıstan şirkətlərinin ölkəmizdəki nümayəndəliklərində çalışan şəxslər, turistlər, həmçinin Beynəlxalq STEM Olimpiadası üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri də yer alır.
Qeyd edək ki, səfirlikdə fəaliyyət göstərən seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00-dək açıq olacaq.
Qalereya
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...