Qazaxıstanda yeni birpalatalı parlamentə ilk seçki keçirilir

Qazaxıstanda yeni birpalatalı parlamentə ilk seçki keçirilir
Dünya 9

Qazaxıstanda ölkə tarixində ilk dəfə yeni Konstitusiya ilə yaradılan birpalatalı parlamentə – Qurultaya seçkilərə start verilib.

BAKU.WS xəbər verir ki, avqustun 23-də başlayan səsvermə ölkənin 20 regionunda fəaliyyət göstərən 10 423 seçki məntəqəsini əhatə edir.

Bundan əlavə, xarici ölkələrdəki Qazaxıstan diplomatik nümayəndəliklərinin nəzdində yaradılan seçki məntəqələrində də səsvermə təşkil olunub.

Seçici siyahılarına ümumilikdə 12 milyon 605 min 788 nəfər daxil edilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 10:00-a qədər 2 milyon 264 min 411 seçici səsvermədə iştirak edib. İlkin seçici fəallığı 17,96 faiz təşkil edib.

Qazaxıstanın yeni Konstitusiyası iyulun 1-də qüvvəyə minib. Əsas qanuna edilən dəyişikliklərə əsasən, ölkədə əvvəlki ikipalatalı parlament sistemi ləğv edilərək 145 deputatdan ibarət birpalatalı parlament yaradılıb.

Qurultay deputatları siyasi partiyaların təqdim etdiyi siyahılar əsasında seçilir. Budəfəki seçkidə 7 siyasi partiya iştirak edir. Seçiləcək deputatların səlahiyyət müddəti 5 il olacaq.

Mərkəzi Seçki Komissiyası seçici fəallığı ilə bağlı operativ məlumatları iki saatdan bir açıqlayacağını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər