Qazaxıstanda qəza eniş edən təyyarə 8 saat sonra tapıldı

Qazaxıstanda qəza eniş edən təyyarə 8 saat sonra tapıldı
Video
Dünya 217

Qazaxıstanın cənubunda, Qızılorda vilayətinin çölündə təcili eniş edən An-2 təyyarəsi 8 saatlıq axtarışdan sonra tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

İdarənin məlumatına görə, təyyarə Tan-Kumkol bölgəsinə doğru uçarkən məcburi eniş edib. Təyyarədə üç nəfər olub. Ekipajla əlaqə kəsilib, onların yeri naməlum olaraq qalıb.

Axtarışlar gecə saatlarına qədər davam edib. Nəticədə səkkiz saatdan sonra xilasedicilər təyyarəni çöllük ərazidə tapıb və ekipajı ən yaxın yaşayış məntəqəsi olan Terenözək kəndinə təxliyə ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gəmidə olanların heç birinə tibbi yardım lazım olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər